23 
Yan
2022
21:03
539
39
2919
Virtual karabakh

Brüsseldə Aİ bayrağı yandırıldı, hökumətin istefası tələb edildi – YENİLƏNİB + VİDEO

23 Yan, 2022
21:03
2919

Brüsseldə Aİ bayrağı yandırıldı, hökumətin istefası tələb edildi – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Brüsseldə iğtişaşlar daha geniş vüsət alıb.

Etirazçılar polis avtomobillərinə hücum edib, Aİ bayrağını yandırıblar.

Onlar həmçinin hökumətin istefasını tələb ediblər. Hazırda şəhər küçələri əsl döyüş meydanını xatırladır.

19:33

Bazar günü Brüsseldə təşkil oluanan “Avropanın azadlıq nümayişi” təhlükəsizlik qüvvələrilə toqquşmalara səbəb olub.

Görüntülər sosial şəbəkələrdə yayılıb. Asayişi qoruyan polis əməkdaşları nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər.

Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər əleyhiə keçirilən aksiyada Belçika, Fransa, Almaniya, Lüksemburq, Niderland, İspaniya, İtaliya sakinləri olmaqla 10 minlərlə insanın iştirak etdiyi bildirlib.

16:27

Bazar günü Brüsseldə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə qarşı “Avropanın azadlıq nümayişi” başlayıb.

Asayişi qoruyan polis əməkdaşlarının bildirdiyinə görə, Belçika paytaxtının Şimal vağzalında bir neçə on minlərlə insan toplaşıb. İnsanlar əllərində “Demokratiya azadlıqdır”, “QR kodlara yox!”, “Koronavirusa yox!” şüarları yazılmış plakatlar tutub.

Aksiya həm sağ, həm də sol baxışlı fəalların daxil olduğu “EuropeansUnited” (“Birləşmiş avropalılar”) qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunub. Nümayişdə Belçika, Fransa, Almaniya, Lüksemburq, Hollandiya, İspaniya, İtaliya sakinləri, eləcə də Brüsseldə yaşayan bir çox Aİ dövlətlərinin vətəndaşları iştirak edirlər.

Qeyd edək ki, aksiyaya şəhər rəhbərliyi icazə verib. Nümayişçilər Şimal vağzalından Brüssel bulvarları boyunca Avropa Məhəlləsinə doğru yürüş edir. Kolonun bütün marşrutu boyunca polis kordonu qurulub. Avropa Məhəlləsində isə ən azı iki su şırnaqları yerləşdirilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri