23 
Yan
2022
17:41
300
95
3539
Virtual karabakh

İran BMT-yə olan borcunu ödədi

23 Yan, 2022
17:41
3539

İran BMT-yə olan borcunu ödədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran İslam Respublikasının daimi nümayəndəsi Məcid Təxt-Rəvancı bildirib ki, İran Koreyada dondurulmuş ölkə aktivləri hesabına təşkilata olan üzvlük haqqı borcunu ödəyib.

Bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb.

Daimi nümayəndənin sözlərinə görə, artıq bazar ertəsindən etibarən səsvermə hüququ bərpa olunacaq.

Cənubi Koreya Xarici İşlər Nazirliyi də öz növbəsində İranın 18 milyon dollarlıq üzvlük haqqı borcunun Koreyadakı dondurulmuş hesablarından ödənildiyini təsdiqləyib.

Qeyd olunub ki, maliyyə əməliyyatı başa çatdıqdan sonra BMT Baş Assambleyasında səsvermə hüququ bərpa ediləcək.

Mənbə: vz.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri