24 
Yan
2022
05:30
10
186
5532
Virtual karabakh

Xərçəngin dəridəki əlamətləri açıqlandı

24 Yan, 2022
05:30
5532

Xərçəngin dəridəki əlamətləri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xərçəng xəstəliklərinin ən çox yayılmış növü ağciyər xərçəngidir. Bəzən onu dəridəki təzahürlərilə də aşkar etmək olur.

Bunu Britaniyanın “Medino” tibb şirkətinin aparıcı əczaçısı Culia Herrini bildirib.

Həkim izah edib ki, ağciyər şişləri ilə dəri simptomları arasında əlaqə var. Bu “siqnallar” xərçəngin digər orqanlara yayılmasının nəticəsi və ya müalicənin yan təsirləri kimi də peyda ola bilər. Bu səbəbdən də, dəridəki dəyişiklikləri həkimlə birgə izləmək vacibdir.

Herrininin sözlərinə görə, dəri göyərmələri, qabarıq ləkələr, sarımtıl dəri, artan qaşınma, göz ətrafındakı səpgilər və üzün bir tərəfində müntəzəm qızartı ağır xəstəlikdən xəbər verə bilər. Odur ki, belə hallarda dərhal mütəxəssisə müraciət etmək vacibdir.

Əczaçı xatırladıb ki, xərçəngin erkən aşkarlanması sağalma ehtimalını xeyli artırır.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri