25 
Yan
2022
07:31
129
16
2602
Virtual karabakh

Şahzadə Harri atası ilə gizli danışıqlar aparır - FOTO

25 Yan, 2022
07:31
2602

Şahzadə Harri atası ilə gizli danışıqlar aparır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahzadə Harri atası Şahzadə Çarlzla barışmaq istəyir. O, ailəsi ilə aralarındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün gizli danışıqlar aparır. 

Məlumata görə, ata və oğul Kraliça II Elizabetin taxta çıxmasının Böyük Britaniyada qeyd olunacaq platin yubileyi ərəfəsində danışıblar.

O da bildirilir ki, Çarlz və Harri arasında münasibətlərdə müəyyən isinmələr olub, onlar yenidən, o cümlədən videobağlantı vasitəsilə ünsiyyət qurmağa başlayıblar. Kral ailəsi şahzadənin bu yay Britaniyaya qayıtmasını gözləyir, lakin ola bilsin ki, həyat yoldaşı Meqan Markl və uşaqları - iki yaşlı Arçi və yeddi aylıq Lilibet yanında olmasın.

Bundan əvvəl bildirilmişdi ki, Kraliçanın 70 illik yubiley münasibəti ilə xidmətdə olan hərbi qulluqçulara, həmçinin polis və həbsxana məsullarına, yanğınsöndürənlərə və fövqəladə hallar işçilərinə (ümumilikdə təqribən 400 min nəfərə) mükafat təqdim olunacaq. Bundan əlavə, “Georgi xaçı”, yaxud “Viktoriya Xaçı”nın canlı sahiblərinə də medal veriləcək. Ancaq bu siyahıda nə kraliçanın oğlu Endryunun, nə də nəvəsi Harrinin adı var.

Mənbə: The Sun

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri