24 
Yan
2022
20:51
346
27
2805
Virtual karabakh

Ermənistanda “qara maskalılar” Koçaryan tərəfdarı polis polkovnikini aparıblar

24 Yan, 2022
20:51
2805

Ermənistanda “qara maskalılar” Koçaryan tərəfdarı polis polkovnikini aparıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maskalı şəxslər polis idarəsinin keçmiş ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sayat Şirinyanı naməlum istiqamətə aparıblar və onun vəkil Benik Qalstyan xeyli müddət ərzində polkovniki tapa bilməyib.

Nəhayət, hərbçinin sorağı Göyçə mahalından gəlib. Vəkili onun hansı məqsədlə ora aparıldığını bilmədiyini deyib.

Qeyd edək ki, Sayat Şirinyan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın lideri olduğu “Ermənistan” blokunun üzvüdür. 2020-ci ilin dekabrında məhkəmə “Facebook” səhifəsində zorakılığa təşviq etdiyinə görə saxlanılan Şirinyanı həbsdən azad edib. O, tanışlarından birinə yazdığı məktubda müxalifət hərəkatının lideri olsaydı, konkret addımlar atacağını yazıb.

Mənbə: “Sputnik Armenia”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri