24 
Yan
2022
23:07
209
67
2394
Virtual karabakh

Burkina-Fasoda hərbçilər hakimiyyəti ələ keçiriblər

24 Yan, 2022
23:07
2394

Burkina-Fasoda hərbçilər hakimiyyəti ələ keçiriblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Burkina-Fasoda hərbçilər prezident Rok Mark Kristian Kaboreni istefaya göndərərək hakimiyyəti ələ keçiriblər.

Bu barədə bazar ertəsi yerli mətbuat məlumat yayıb.

14 nəfərlik hərbçidən ibarət qrup dövlət televiziyası ilə efirə çıxıb və ölkədə hakimiyyətin “Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkat”a verildiyini bəyan edib. Qrupa polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba rəhbərlik edir.

Hərbçilər konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını, ölkənin quru və hava sərhədlərinin bağlandığını bəyan ediblər.

Öz növbəsində, hakimiyyətin ələ keçirilməsi prosesinin “qansız” keçdiyi bildirilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri