25 
Yan
2022
15:48
223
18
1398
Virtual karabakh

Gürcüstandakı azərbaycanlı müəllimlərin problemləri həll olunacaq - VİDEO

25 Yan, 2022
15:48
1398

Gürcüstandakı azərbaycanlı müəllimlərin problemləri həll olunacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərdə dərs deyən Azərbaycan dili və ədəbiyyat müəllimləri də nəhayət ki bu ildən öz peşə statuslarını yüksəldə biləcəklər.

Belə ki, qonşu ölkədə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən soydaşlarımız ilk dəfə olaraq Azərbaycan dilində attestasiya imtahanından keçə biləcəklər. Artıq Gürcüstanın qiymətləndirmə və İmtahan üzrə Milli Mərkəzi ölkənin təhsil və elm nazirinin müvafiq qərarına uyğun olaraq, Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün 2022-ci ildə öz ana dillərində keçiriləcək imtahanların hazırlanmasına başlayıb. 

Qeyd edək ki, digər fənn müəllimlərindən fərqli olaraq Azərbaycan dili və ədəbiyyatı müəllimləri attestasiya imtahanı verə bilmirdilər. 

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri