25 
Yan
2022
16:56
13
237
2715
Virtual karabakh

Hava şəraiti ilə əlaqədar Türkiyənin bir vilayətində “narıncı” xəbərdarlıq elan edildi - VİDEO

25 Yan, 2022
16:56
2715

Hava şəraiti ilə əlaqədar Türkiyənin bir vilayətində “narıncı” xəbərdarlıq elan edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Meteorologiya Baş İdarəsi Diyarbəkirdə güclü qar, buzlanma və uçqun təhlükəsinə qarşı “narıncı” xəbərdarlıq edib.

Mərkəzdən bildirilib ki, yanvarın 26-dan güclü qar yağacağı gözlənilir. Sakinlərə şaxtalı hava ilə əlaqədar yollarda buzlanma olacağı və nəqliyyatın hərəkətində fasilələrin yarana biləcəyi deyilib. 

Həmçinin qar örtüyünün çox olduğu yüksəkliklərdə uçqun riski barədə xəbərdarlıq edilib.

Sakinlərdən bütün bu deyilənləri nəzərə alaraq diqqətli və ehtiyatlı olmaları xahiş olunub.

Qeyd edək ki, Diyarbəkirdə bir neçə gündür əlverişsiz hava şəraiti hökm sürür: vilayətə son 49 ilin ən güclü qarı yağıb.

 

Mənbə: Hurriyet

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri