27 
Yan
2022
08:47
20
213
1098
Virtual karabakh

Moskvada koronavirusla xəstəxanaya yerləşdirilən uşaqların sayı kəskin artıb

27 Yan, 2022
08:47
1098

Moskvada koronavirusla xəstəxanaya yerləşdirilən uşaqların sayı kəskin artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Moskva şəhərində son iki həftə ərzində koronavirusa yoluxanların və xəstəxanaya yerləşdirilən uşaqların sayı kəskin artıb.

Qeyd edilir ki, iki həftə ərzində xəstə uşaqların sayı 14, xəstəxanaya yerləşdirilənlərin sayı isə 10 dəfə artıb.

Uşaqların ən həssas kateqoriyaları üçün yoluxma riskini azaltmaq məqsədilə üç həftə ərzində uşaq xəstəxanalarına planlı qəbulların bağlanması qərara alınıb. Lakin bu, xərçəng əleyhinə müalicə üçün onkoloji və hematoloji xəstəlikləri olanlara, habelə gecikdirməyə imkan verməyən hallara şamil edilmir. Bütün uşaqlara tam şəkildə təcili yardım xidməti göstəriləcək.

Paytaxt sakinlərindən də iş yükünün artması ilə əlaqədar poliklinikalara planlaşdırılan müayinələrini iki-üç həftəyə təxirə salmaq istənilib.

Mənbə: Mk.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri