27 
Yan
2022
07:32
258
26
785
yuxarı
Baydenin reytinqi 41%-ə düşüb
27 Yan, 2022
07:32
785
258
26
Baydenin reytinqi 41%-ə düşüb
ABŞ prezidenti Co Baydenin reytinqi vəzifəsinin ikinci ilinin əvvəlində 41%-ə düşüb.
Bu barədə “Pew Research”in sorğusunun nəticələrindən aydın olur.
“Hazırda yetkin amerikalıların yalnız 41% -i Baydenin işini bəyənir. Bu göstərici sentyabrdan bir qədər aşağı (44%) və ötən apreldən (59%) əhəmiyyətli dərəcədə azdır”, - deyə nəşrdə bildirilib.
Respondentlərin yalnız 21%-i ölkədəki vəziyyətdən razıdır. Keçən mart ayında məmnun insanların sayı 12 faiz çox idi.
Tədqiqat yanvarın 10-dan 17-dək 5128 amerikalının iştirakı ilə aparılıb.
Mənbə: RİA Novosti
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək