27 
Yan
2022
16:20
29
164
1744
Virtual karabakh

Paşinyan və Ermənistanın hərbi rəhbərliyi ordusundan utandığı üçün özünü koronavirusa “yoluxdurdu”?

27 Yan, 2022
16:20
1744

Paşinyan və Ermənistanın hərbi rəhbərliyi ordusundan utandığı üçün özünü koronavirusa “yoluxdurdu”?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyanın yenidən koronavirusa yoluxmasının arxasında qaranlıq məqamlar dayana bilər.

Belə ki, Ermənistan gündəmi baş nazirin 28 yanvarda təşkil olunacaq tədbirdə iştirak etməmək üçün bu yola əl atmasına dair məlumatlarla çalxalanır.

Ermənistanda yanvarın 28-də 44 günlük müharibədə rüsvayçı şəkildə məğlub olan, döyüş meydanından qorxaqcasına qaçan, darmadağın edilmiş Ermənistan ordusunun yaranması günü kimi qeyd olunur.

Görünür, erməni lider də bu “orducuğun” komandanı olmaqdan iftixar hissi keçirmədiyini anlayıb. Məhz ona görə də, xəstə bəhanəsi ilə bu tədbirdə iştirakdan boyun qaçırıb.

Üstəlik, məsələ təkcə Paşinyanla da yekunlaşmır. Onunla yanaşı Ermənistan “ordu”sunun baş qərargahının yüksək çinli zabitləri də nədənsə ordu günü ərəfəsində kütləvi şəkildə koronavirusa yoluxub.

Bütün bunlar isə elə ermənilərin özləri arasında da ordunun rüsvayçı vəziyyətinə verilən qiymətin göstəricisidir. Ölkənin nə siyasi, nə də hərbi rəhbərliyi ordu gününü keçirmək istəmir, həmin tədbirlər zamanı ictimaiyyət qarşısına çıxmaqdan utanır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri