28 
Yan
2022
09:40
110
804
13537
Virtual karabakh

Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəldi - YENİLƏNİB + VİDEO

28 Yan, 2022
09:40
13537

Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəldi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstan və Tacikistan sərhəddə tam atəşkəs barədə razılığa gəlib.

Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Nümayəndə heyətləri insidentin başladığı Tort-Koço rayonuna gəliblər.

Bildirilir ki, görüş zamanı aşağıdakı razılaşmalar əldə olunub:

Tam atəşkəsin təmin edilməsi;

Tərəflərin hər birinin sərhədə qədər cəlb edilmiş əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə çıxarılması;

Batken-İsfana avtomobil yolunda hərəkətin bərpa edilməsi;

Münaqişələrin qarşısının alınması məqsədilə sərhədyanı ərazilərdə Qırğızıstan və Tacikistanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə patrul xidmətinin təşkil edilməsi.

Xatırladaq ki, ən son məlumata görə, Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma zamanı iki nəfərin ölüb və 10 nəfər yaralanıb.

23:15

Qırğızıstanla Tacikistan arasındakı sərhəd toqquşması səngimək bilmir. Hər iki tərəfdən zərərçəkənlərin sayı isə artmaqda davam edir.

Son məlumatlara görə, 17 nəfərin yaralandığı bildirilib. Zərərçəkənlər arasında güllə yarası alan Tacikistanın İsfar şəhər merinin köməkçisi də var.

Həmçinin, Tacikistanla yanaşı, Qırğızıstan kəndlərində də dinc sakinlər arasında tələfatın olduğu barədə məlumatlar yayılıb.

Tərəflər arasındakı danışıqlar isə qarşılıqlı ittihamlar və hərbi qarşıdurmanın davam etməsi səbəbindən baş tutmayıb.

Mənbə: TASS

21:26

Qırğızıstanla sərhəddə münaqişə zamanı Tacikistanın altı vətəndaşı yaralanıb. Onlardan biri ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Qırğızıstan tərəfdən atılan mərminin yaşayış evinə düşməsi nəticəsində Somoniyon kənd sakini həlak olub.

Həmçinin, Qırğızıstan hərbçiləri arasında da dörd nəfərin yaralandığı qeyd edilib.

Mənbə: TASS

20:40

Tacikistan və Qırğızıstan sərhədində iki ölkənin sərhəd xidmətləri arasında atışma başlayıb.

Bu barədə Qırğızıstan Sərhəd Xidmətinin mətbuat idarəsi məlumat yayıb.

Məlumata görə, Tacikistan tərəfi Qırğızıstan sərhəd mühafizəçiləri ilə atışma zamanı minaatanlardan və qumbaraatanlardan istifadə edir.

Artıq hər iki tərəfdən bölgəyə ordu, polis və təhlükəsizlik qüvvələrinin cəlb edildiyi, yaralıların olduğu qeyd edilib.

Həmçinin, tərəflər arasında danışıqların başladığı da bildirilib.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri