29 
Yan
2022
01:25
131
26
1232
Virtual karabakh

Yaponiyada yeniyetməyə görə baykerlər polis idarəsini daşa basdılar - VİDEO

29 Yan, 2022
01:25
1232

Yaponiyada yeniyetməyə görə baykerlər polis idarəsini daşa basdılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyada yüzlərlə gənc bayker polis bölməsinə daş, fişəng və yumurta ilə hücum edib. Belə reaksiyaya səbəb polis əməkdaşlarından birinin 17 yaşlı yeniyetmənin üzünə dəyənəklə vurması olub.

Hadisə Okinava şəhərində qeydə alınıb.

Məlumata görə, polis əməkdaşları şikayət əsasında şəhərin küçələrindən birinə yollanıb. Yerli sakinlər səs-küy salan və sürət həddinin aşan baykerlərdən şikayətləniblər.

Ancaq hüquq mühafizəçi tərəfindən vurulan yeniyetmənin baykerlərlə heç bir əlaqəsi olmayıb. O, sadəcə motosikleti ilə marketdən qayıdırmış.

Bu hadisə barədə sosial şəbəkələrdə məlumat yayıldıqdan sonra, qəzəblənən gənclər polis idarəsinin qarşısına toplaşıb və etirazlarını bildiriblər.

Bununla bağlı yayılan kadrlarda polis idarəsinə və yaxınlıqda park edilmiş avtomobillərə gözə çarpan ziyan dəydiyi görünür.

Hüquq-mühafizə orqanları hələ ki, rəsmi açıqlama verməyib.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri