29 
Yan
2022
07:20
498
13
3927
Virtual karabakh

Zelenski ordudakı qanlı olaydan sonra Milli Qvardiyanın komandanını işindən qovdu

29 Yan, 2022
07:20
3927

Zelenski ordudakı qanlı olaydan sonra Milli Qvardiyanın komandanını işindən qovdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezidenti Volodimir Zelenski orduda baş verən qanlı olaydan sonra Milli Qvardiyanın komandanı general-polkovnik Nikolay Balanı tutduğu vəzifədən azad edib və bu vəzifənin icrasını müvəqqəti olaraq general-leytenant Yuri Lebedə tapşırıb.

Müvafiq fərmanlar Ukrayna prezidentinin saytında dərc olunub.

Xatırladaq ki, ötən gün Ukrayna Milli Qvardiyasında xidmət edən 20 yaşlı əsgər Ryabçuk Artemi Yuryeviç xidməti silahından hərbçi yoldaşlarına atəş açıb.

Qanlı insident nəticəsində beş nəfər ölüb, beş nəfər yaralanıb.

Mənbə: President.gov.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri