29 
Yan
2022
05:59
139
22
1682
Virtual karabakh

Braziliya prezidenti sosial şəbəkədə məxfi sənədləri yayımlayıb

29 Yan, 2022
05:59
1682

Braziliya prezidenti sosial şəbəkədə məxfi sənədləri yayımlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya prezidenti Jair Bolsonaru sosial şəbəkələrdə məxfi sənədləri dərc etdiyi üçün dindiriləcək. Müvafiq qərarı Braziliya Ali Məhkəməsinin hakimi Aleksandr de Moraes imzalayıb.

Məsələ 2018-ci il prezident seçkilərindən bir neçə ay əvvəl Ali Seçki Məhkəməsi sisteminə haker hücumu ilə bağlı məlumatların sızması ilə bağlıdır. Həmin vaxt Braziliya lideri sənədlərin fotosunu sosial şəbəkələrdə yerləşdirərək bildirib ki, ölkənin elektron səsvermə sistemi hakerlik və saxtakarlığa qarşı həssasdır.

Siyasətçinin tənqidçiləri isə hesab edirdilər, Bolsonaro ikinci turda məğlub olacağı təqdirdə seçkinin nəticələrini şübhə altına almaq üçün məlumat sızmasından istifadə edib.

Mənbə: Reuters

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri