29 
Yan
2022
03:59
494
20
1428
Virtual karabakh

Rusiyada təkrar uşaq zorlayanlar ömürlük azadlıqdan məhrum ediləcək

29 Yan, 2022
03:59
1428

Rusiyada təkrar uşaq zorlayanlar ömürlük azadlıqdan məhrum ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin pedofil-residivlərə ömürlük həbs cəzası haqqında qanunu imzalayıb.

Müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Qanun 18 yaşına çatmamış uşaqların cinsi toxunulmazlığına qarşı cinayətlərin təkrar törədilməsinə görə ömürlük həbs cəzasını nəzərdə tutur. Əvvəllər belə cəza tədbiri 14 yaşına çatmamış uşaqlara qarşı cinayətlərə şamil edilirdi.

İki və ya daha çox uşağa qarşı cinayət törətmiş şəxslərə və bu, başqa ağır və ya xüsusilə ağır cinayətin törədilməsi ilə əlaqəli olduqda ömürlük azadlıqdan məhrum etmə cəzası da tətbiq ediləcək.

Xatırladaq ki, qanun layihəsi 2021-ci ilin sentyabrında Kuzbassda iki 10 yaşlı qızın öldürülməsi ilə əlaqədar ictimai qəzəbdən sonra təqdim edilib.

Mənbə: Mk.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri