29 
Yan
2022
20:41
16
653
1878
Virtual karabakh

Rusiyada bir evdən dörd uşaq yanaraq həlak oldu

29 Yan, 2022
20:41
1878

Rusiyada bir evdən dörd uşaq yanaraq həlak oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Arxangelsk vilayətinin Plesetsk kəndində baş vermiş yanğın söndürülərkən beş nəfərin cəsədi tapılıb. Qurbanlardan dördü uşaqdı.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsindən bildirilib.

Mətbuat xidmətinin məlumatına görə, yanğın 12 mənzilli taxta konstruksiyalı ikimərtəbəli evdə baş verib. 37 yaşlı qadın və onun 3-12 yaşlı dörd övladı həlak olub. Evin qalan sakinləri xəsarət almayıb.

Yanğının ehtimal olunan səbəbi elektrik sobasının nasazlığıdır.

Baş verənlərlə əlaqədar istintaqa başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri