15 
Fev
2022
19:36
37
355
9580
Virtual karabakh

Britaniya mətbuatı Rusiyanın Ukraynaya hücum edəcəyi tarixi açıqlayıb

15 Fev, 2022
19:36
9580

Britaniya mətbuatı Rusiyanın Ukraynaya hücum edəcəyi tarixi açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Sun” və “Mirror” agentlikləri ABŞ kəşfiyyatının məlumatlarına istinadən iddia edir ki, Rusiya Müdafiə Nazirliyinin qoşunların çıxarılması ilə bağlı bəyanatlarına baxmayaraq bu ölkənin silahlı qüvvələri sabah (16 fevral) Ukraynaya hücum planlaşdırır. 

Daha əvvəl isə “Politico” qəzeti, məlumatlı mənbələrə istinadən yazırdı ki, ABŞ prezidenti Co Bayden Qərb ölkələri, Avropa İttifaqı və NATO liderləri ilə videokonfransda Rusiyanın Ukraynaya hücum tarixinin fevralın 16-sına təsadüf edəcəyini bəyan etmişdi. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu xəbərləri şərh edərkən bildirib ki, bu cür nəşrlərin dərc etdirdikləri məlumatları ciddi qəbul etmək doğru deyil.

Qəzet isə ABŞ kəşfiyyatındakı mənbələrə istinadən yazır ki, Rusiya ordusu Ukraynanın hərbi və hökumət komandanlıq məntəqələrinə qarşı hava hücumları təşkil edilə bilər, ardınca isə tank hücumu baş verəcək və gəmilər Ukraynanın cənub sahillərinə daxil olacaq. 

Rəsmi Moskva isə Ukrayna ərazisinə hücumları qəti şəkildə rədd edir və heç kimi təhdid etmədiklərini bəyan edir.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri