11 
Mar
2022
09:24
38
406
2154
Virtual karabakh

Qırğızıstan-Tacikistan sərhədində atışma olub

11 Mar, 2022
09:24
2154

Qırğızıstan-Tacikistan sərhədində atışma olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında son sutka ərzində iki insident yaşanıb.

Məlumatı Qırğızıstanın sərhəd xidmətinin mətbuat mərkəzi yayıb.

Məlumatda qeyd olunur ki, martın 10-da səhər saatlarında Tacikistan sərhəd dəstəsinin hərbçiləri Qırğızıstanın Batken regionunda yoldan keçən avtomobillərə daş atmağa başlayıblar.

Qırğızıstan sərhədçisinin bunu dayandırmaq tələblərinə tacik hərbçiləri məhəl qoymayıblar.

“Qırğızıstan sərhədçiləri tacik hərbçilərin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün havaya xəbərdarlıq atəşi açmağa məcbur olublar. Bu zaman ərazidə xidmət aparan Tacikistan Respublikasının digər sərhəd dəstəsi qırğızıstanlı sərhədçilərə atəş açıb. Nəticədə təxminən 20 dəqiqə davam edən atışma başlayıb. Atışma nəticəsində Qırğızıstan tərəfdən xəsarət alan olmayıb”, - deyə Qırğızıstan tərəfinin yaydığı məlumatda qeyd olunur.

İnsident nəticəsində yaralanan və ölənlərin olmadığı bildirilir.

Mənbə: “Sputnik” Qırğızıstan

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri