11 
Mar
2022
17:04
352
47
3656
Virtual karabakh

Cozef Borrel: “Rusiya ilə münasibətlərdə bir sıra səhvlərə yol vermişik”

11 Mar, 2022
17:04
3656

Cozef Borrel: “Rusiya ilə münasibətlərdə bir sıra səhvlərə yol vermişik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrel bəyan edib ki, Qərb Rusiya ilə münasibətlərdə bir sıra səhvlərə yol verib.

Cozef Borrel Ukraynaya NATO-ya daxil olmaq vədinin verilməsini də doğru hesab etmədiyini söyləyib.

“Mən etiraf etməyə hazıram ki, biz bir sıra səhvlərə yol vermişik və Rusiyanın Qərbə yaxınlaşmaq imkanını itirmişik... Ata biləcəyimiz daha doğru addımlar ola bilərdi. Təklif etdiyimiz və sonra həyata keçirə bilmədiyimiz məsələlər var. Məsələn Ukrayna və Gürcüstanın NATO-ya daxil olacağı vədi kimi. Düşünürəm ki, yerinə yetirə bilməyəcəyimiz vədlər vermək səhvdir”, - deyə Cozef Borrel vurğulayıb.

Mənbə: TF1 telekanalı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri