12 
Mar
2022
21:05
1412
49
3042
Virtual karabakh

Zelenski: “Rusiyalı hərbçilər artıq tək-tək deyil, qrup halında əsir düşürlər”

12 Mar, 2022
21:05
3042

Zelenski: “Rusiyalı hərbçilər artıq tək-tək deyil, qrup halında əsir düşürlər”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun onun ölkəsinə müdaxiləsindən sonra itirdiklərinin dünyanın bir çox ordusunun ümumi gücünə bərabər olduğunu deyib.

“Rusiya Ukraynada inanılmaz sürətlə böyük itkilər yaşayır: müharibənin 17 günü ərzində onun 31 batalyon-taktiki qrupu döyüş qabiliyyətini itirib, 360-dan çox tankı, 1205 zirehli avtomobili, təxminən 60 təyyarəsi və 80 helikopteri məhv edilib”, - deyə Zelenski videomüraciətində qeyd edib.

Ukrayna Prezidentinin sözlərinə görə, itkilərin dinamikası Rusiya ordusunun son illər ərzində ən böyük zərbə aldığını deməyə əsas verir: “Bu qədər müddət ərzində onlar heç yerdə bu həcmdə itki verməmişdilər”.  

“Dünyanın bir çox ölkəsinin ordusunda Rusiyanın Ukraynaya müdaxiləsindən sonra itirdiyi qədər qüvvə heç yoxdur”, - Zelenski deyib.

O, həmçinin bildirib ki, rusiyalı hərbçilər artıq tək-tək deyil, qrup halında əsir düşürlər. Həmçinin rusiyalı əsgərlərin qrup şəklində Ukrayna ərazisini tərk edərək Rusiyaya qaçmağa cəhd etdiklərini də diqqətə çatdırıb.

Ukrayna lideri vurğulayıb ki, ölkəsinin ordusu fövqəladə uğurlar əldə etsə də, “müqavimətin enerjisini” azaltmaq olmaz və müdafiəni birlikdə qurmaq lazımdır.

“Bu, Vətən, xalq müharibəsidir, müstəqillik uğrunda müharibədir, tək dövlətin deyil, Ukraynanın müharibəsidir”, - Zelenski əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri