14 
Mar
2022
06:00
118
31
2398
Virtual karabakh

Assanjın toyunun tarixi məlum olub - FOTO

14 Mar, 2022
06:00
2398

Assanjın toyunun tarixi məlum olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WikiLeaks”-in qurucusu Culian Assanjın toy mərasiminin tarixi bəlli olub.

Bu barədə onun nişanlısı Stella Morris açıqlama verib.

Jurnalistin iki övladının anası olan qadın bu barədə “Twitter”-də paylaşım edib.

O bildirib ki, toy martın 23-nə planlaşdırılıb və Britaniyanın Belmarş həbsxanasında baş tutacaq.

Qeyd edək ki, 2021-ci ilin noyabr ayının sonunda Morris Assanjla rəsmi olaraq evlilik üçün müraciət etdiklərini açıqlayıb. Britaniya hökumətinin həbsxana xidməti bəylə gəlinin həbsxanada evlənmək istəyini təsdiqləyib.

Xatırladaq ki, 2021-ci ilin iyulunda məhkəmə Assanjı 2018-ci ildə aldığı Ekvador vətəndaşlığından məhrum edib. 2019-cu ildə ABŞ Ədliyyə Nazirliyi jurnalistə qarşı 18 ittiham irəli sürüb. Əgər jurnalist ABŞ-a ekstradisiya edilərsə, onu 175 il həbs gözləyir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri