16 
Mar
2022
15:02
430
26
1709
Virtual karabakh

NATO ölkələrinin müdafiə nazirləri Ukrayna üçün toplandı

16 Mar, 2022
15:02
1709

NATO ölkələrinin müdafiə nazirləri Ukrayna üçün toplandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO-ya üzv ölkələrin müdafiə nazirləri alyansın Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında toplanıblar.

Rusiyanın Ukraynaya hücumlarına son qoymaq səylərinin müzakirə olunacağı toplantı baş katib Yens Stoltenberqin iştirakı ilə keçirilir.

NATO-nun iclasına alyansa üzv olmayan Ukrayna, Gürcüstan, İsveç və Finlandiyanın müdafiə nazirləri, həmçinin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel də dəvət olunub.

İclasdan əvvəl NATO-nun baş katibi Stoltenberq ABŞ-ın müdafiə naziri Lloyd Austin ilə birlikdə jurnalistlərə açıqlamasında Rusiyanın Ukraynaya hücumunu “amansız işğal” adlandırıb.

Böhranın Ukrayna hüdudlarından kənara çıxmaması üçün məsuliyyətin NATO-nun üzərinə düşdüyünü bildirən Stoltenberq qurumun alyansın şərqindəki varlığını artırdığını qeyd edib.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri