18 
Mar
2022
16:44
241
14
824
Virtual karabakh

Ukraynalı nazir: “Bu günə qədər doqquz humanitar dəhliz razılaşdırılıb”

18 Mar, 2022
16:44
824

Ukraynalı nazir: “Bu günə qədər doqquz humanitar dəhliz razılaşdırılıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada bu günə kimi doqquz humanitar dəhliz razılaşdırılıb.

Bu barədə Ukrayna Baş nazirinin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk videomüraciətində bildirib.

Onun sözlərinə görə, Donetsk vilayətində təxliyə Mariupoldan Zaporojye istiqamətində olacaq.

“Şəhərdən qaçmağa müvəffəq olmuş mariupolluları Berdyanskdan Zaporojyeyə aparacaqlar. Piyadalar üçün Manquş şəhərində yardım təşkil olunacaq”, - deyə ukraynalı nazir bildirib.

Sumı vilayətində təxliyə Sumıdan Poltava, həmçinin Trostyanets, Lebedin, Konotop, Krasnopolye və Velikaya Pisarevkadan Poltava istiqamətində aparılacaq.

Xarkov vilayətində bu gün humanitar yardımın Balakleya və İzyum şəhərlərinə çatdırılması planlaşdırılır.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri