24 
Mar
2022
01:24
616
35
1309
Virtual karabakh

Ukraynanın Belorusdakı Baş Konsulluğu bağlanır

24 Mar, 2022
01:24
1309

Ukraynanın Belorusdakı Baş Konsulluğu bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi ukraynalı diplomatlara Belorus respublikasını tərk etmək təklif olunub.

Bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

O, əlavə edib ki, Ukraynanın Brestdəki Baş Konsulluğunun bağlanması qərara alınıb.

“Ukraynanın Brestdəki Baş Konsulluğunun bağlanması barədə qərar qəbul edilib. Ukrayna səfirliyi Belarusda 1+4 formatında, yəni səfir və 4 əməkdaşı ilə fəaliyyətini davam etdirəcək”, - məlumatda vurğulanıb.

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Ukrayna diplomatik işçilərinin sayının azaldılması qərarı Ukraynanın xarici nümayəndəliklərinin bir sıra əməkdaşlarının qeyri-diplomatik fəaliyyətini dayandırmaq məqsədi daşıyır. Diplomatik idarələrin əməkdaşları Belarusu 72 saat ərzində tərk etməli olacaqlar.

“Bir daha vurğulayıram ki, ukraynalılar bizim üçün yaxın xalq olublar və bundan sonra da qalacaqlar”, - Anatoli Qlaz deyib. O əlavə edib ki, Belarus Ukraynadakı səfirliyini bağlamaq barədə qərar qəbul etməyib.

Mənbə: BelTA

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri