25 
Mar
2022
01:20
265
56
3266
Virtual karabakh

Məşhur rusiyalı jurnalist təhqir və təhdid edildi

25 Mar, 2022
01:20
3266

Məşhur rusiyalı jurnalist təhqir və təhdid edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Exo Moskvı” radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktov bildirib ki, onun qapısına kəsilmiş donuz başı atılıb.

Həmçinin, qapıya üzərində “Judensau” (yəhudi donuzu) yazısı olan Ukraynanın gerbi yapışdırılıb.

Jurnalist bildirib ki, belə bir antisemit termin Almaniyada 13-cü əsrdə meydana çıxıb və digər ölkələrə yayılıb. Bu gün də neonasistlər bu termindən istifadə edirlər.

“Faşizmi məğlub edən ölkə. Mənim mənzilimin qapısında niyə altı guşəli ulduz yoxdur? Məni və ailəmi qorxutmaq qərarına gəliblər? Məni, o şəxsi ki, Dudayevin silahlıları güllələnməyə aparıb?”, - Venediktov “Telegram” kanalında yazıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri