28 
Mar
2022
22:04
59
467
2357
Virtual karabakh

Rumıniya sahillərində aşkarlanan mina zərərsizləşdirildi - YENİLƏNİB + FOTO

28 Mar, 2022
22:04
2357

Rumıniya sahillərində aşkarlanan mina zərərsizləşdirildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniya Hərbi Dəniz Qüvvələri ölkə sahillərində tapılan dəniz minasının zərərsizləşdirilməsinin görüntülərini yayıb.

Minanın hansı dövlətə məxsus olduğu bilinməyib.

Bu, sutka ərzində Qara dənizdə aşkar edilən ikinci dəniz minasıdır.

Daha bir sursat isə Türkiyə sahillərində tapılaraq zərərsizləşdirilib.

18:44

Martın 28-də səhər saatlarında Rumıniya sahillərində dəniz minası aşkar edilib.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Vitse-admiral Konstantin Balesku” minaaxtaran gəmisi Korbu və Nevodare şəhərləri yaxınlığında sahildən 70-72 km aralıda axtarışlara başlayıb.

Minanı səhər saatlarında Capu Midia rayonu ərazisində Rumıniyanın “Olimpus-1” balıqçı gəmisinin dənizçiləri görüblər.

Xatırladılır ki, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Ukrayna minalarının fırtınadan sonra lövbərləri qıraraq Qara dənizdə dreyf edə biləcəyini bəyan edib, lakin Ukrayna bu xəbərləri təkzib edərək Rusiya tərəfinin dezinformasiyası yaydığını deyib.

Türkiyə Müdafiə Nazirliyi də Qara dənizdə Bolqarıstanla sərhədə yaxın ərazidə mina aşkarlandığını, artıq zərərsizləşdirildiyini açıqlayıb.

Mənbə: Ukrainskaya Pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri