31 
Mar
2022
10:36
338
15
2683
Virtual karabakh

Fransada yanacağın qiyməti tarixi maksimuma çatdı: Taksi sürücüləri etiraza qalxdılar - VİDEO

31 Mar, 2022
10:36
2683

Fransada yanacağın qiyməti tarixi maksimuma çatdı: Taksi sürücüləri etiraza qalxdılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa paytaxtında və qonşu departamentlərdən yüzlərlə taksi sürücüsü yanacağın bahalaşmasına etiraz üçün küçələrə axışıb.

Aksiya Milli Taksi Federasiyası və Birləşmiş Taksi Kirayəçiləri Həmkarlar İttifaqının çağırışı ilə təşkil olunub. İştirakçılar əsasən yanacağa görə ƏDV-nin 5,5 faiz səviyyəsinə qaytarılmasını (hazırda - 10 faizdir), daxili enerji istehlakı üçün üzən verginin tətbiqini və elektromobillərə keçidə köməklik göstərilməsini tələb ediblər.

Qeyd edək ki, Fransada yanacağın qiymətləri ilin əvvəlindən bəri artmaqdadır, ötən həftə isə dizelin litri 2,1165 avroya, SP95 benzininin qiyməti 1,9670 avroya, Super SP95-in qiyməti isə 2,0042 avroya yüksəlməklə tarixi maksimuma çatıb.

Mənbə: Agence France-Presse

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri