11 
Apr
2022
20:11
480
27
647
Virtual karabakh

Xorvatiya XİN rusiyalı diplomatların bəzilərinin işdən çıxarılmasını tələb edib

11 Apr, 2022
20:11
647

Xorvatiya XİN rusiyalı diplomatların bəzilərinin işdən çıxarılmasını tələb edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Xorvatiyadakı səfirliyi Xorvatiya Xarici İşlər Nazirliyinin səfirliyin bir qisim əməkdaşının işdən çıxarılmasını tələb etdiyi ilə bağlı məlumatı təsdiqləyib.

Bundan əvvəl Xorvatiyanın xarici işlər naziri Qordan Qrlix-Radman bəyan etmişdi ki, Ukrayna hadisələri ilə bağlı Zaqreb bir neçə rusiyalı diplomatı ölkədən çıxaracaq.

“Biz səfirin (Andrey Nesterenkonun) Xarici İşlər Nazirliyinə çağırıldığını və bir neçə rusiyalı diplomatın ölkədən çıxarılması tələbi ilə nota aldığını təsdiq edirik”, – deyə Rusiya diplomatik nümayəndəliyindən bildiriblər.

Diplomatik nümayəndəlik əməkdaşlarının nə qədər sayda və hansı şərtlərlə ölkədən çıxarılacağı ilə bağlı isə hələlik açıqlama verilmir.

Mənbə: RİA.Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri