11 
Apr
2022
22:55
338
31
987
Virtual karabakh

Avropa İttifaqı: “Azərbaycan və Ermənistan arasındakı birbaşa təmasları dəstəkləyirik” – FOTO

11 Apr, 2022
22:55
987

Avropa İttifaqı: “Azərbaycan və Ermənistan arasındakı birbaşa təmasları dəstəkləyirik” – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan telefon danışığına münasibət bildirib.

Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz “Twitter” səhifəsində məlumat dərc edib.

Xüsusi nümayəndənin dərc etdiyi bəyanatda qeyd olunur ki, birlik bir neçə gün əvvəl baş tutan Brüssel görüşündən sonra tərəflər arasında yaranan birbaşa təmasları və əlaqəni dəstəkləyir.

Qeyd edək ki, bu gün Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan telefon danışığı zamanı gələcək sülh sazişinin hazırlanması üzrə işi müzakirələr aparılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri