12 
Apr
2022
17:28
89
508
4999
Virtual karabakh

Rusiya indi də Finlandiya sərhədinə ağır hərbi texnika yerləşdirir - VİDEO

12 Apr, 2022
17:28
4999

Rusiya indi də Finlandiya sərhədinə ağır hərbi texnika yerləşdirir - VİDEO

Finlandiya və İsveçin NATO-ya daxil olması ehtimalının ardından hərəkətə keçən Rusiya ordusu Finlandiya sərhədinə ağır hərbi texnika yerləşdirməyə başlayıb.

Dünən axşam yüklənən təsdiqlənməmiş videoda Rusiyanın müdafiə raket sisteminin sərhədin Rusiya tərəfində, Helsinkiyə aparan yolda hərəkət etdiyi görünür.

Onların raket sistemləri, təyyarədaşıyan döyüş qrupları da daxil olmaqla, suüstü gəmiləri çıxarmaq üçün nəzərdə tutulmuş “K-300P Bastion-P” mobil sahil müdafiə sistemi olduğu hesab edilir.

Bu, Finlandiyanın Baş naziri Sanna Marinin hökumətinin NATO-ya üzvlük üçün müraciət edib-etməməsi ilə bağlı “müzakirəni yayın ortasına qədər bitirəcəyini” gözlədiyini söylədiyi vaxta təsadüf edir.

Kremlin sözçüsü Dmitri Peskov dünən Moskva bəyanatında İsveç və Finlandiyanın NATO-ya qoşulma ehtimalını dəyərləndirib. NATO-nun münaqişə aləti olduğunu vurğulayan Peskov: “NATO sülh və sabitliyi təmin edən bir ittifaq deyil, Alyans münaqişə alətidir. Alyansın daha da genişlənməsi, şübhəsiz ki, Avropada təhlükəsizliyi artırmayacaq”, - deyib.

Milli təhlükəsizliyinin təhlükə altına düşəcəyini bildirən Rusiya İsveçin, eləcə də qərb qonşusu Finlandiyanın Alyansa daxil edilməsinə qarşıdır.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri