13 
Apr
2022
13:24
18
235
2540
Virtual karabakh

Xarabalıqdan fərqlənməyən şəhər - Buçadan FOTOREPORTAJ

13 Apr, 2022
13:24
2540

Xarabalıqdan fərqlənməyən şəhər - Buçadan FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Ukraynada apardığı müharibədə daha çox mülki insanın qətlə yetirilməsi və xarabalığa çevrilməsi ilə dünyanın gündəmi olan Kiyev vilayətinin Buça şəhəri bir həftədir işğaldan azad olunub.

“Report”un əməkdaşı Buçada olub və fotoreportaj hazırlayıb.

Martın əvvəlindən aprelin əvvəlinə qədər Rusiya hərbçilərinin işğalı altında olan Buçanı Ukrayna Silahlı Qüvvələri işğaldan azad etdikdən sonra dünya ictimaiyyəti şəhərdə törədilmiş insan qırğınının, baş vermiş zorakılığın şahidi olub.

Reportaj zamanı şəhər sakini Tatyana Batora bildirib ki, şəhərə girən Rusiya hərbçiləri onların evlərinə daxil olanda onun ərini öldürüblər. Həmin vaxt zirzəmidə olan Tatyana 2 gün sonra rusiyalı hərbçilər tərəfindən evinə buraxılıb və 4 gün sonra binanın həyətində ərini basdırıb.

Yeri gəlmişkən, şəhərdə işğal zamanı öldürülən insanlar ya binaların həyətində, ya da kilsə yaxınlığında kütləvi şəkildə basdırılıb. Hazırda onlar çıxarılaraq qəbiristanlığa köçürülür.

Bundan başqa, sakinlər burada olduqları müddətdə Rusiya hərbçilərinin onları yeni mənzillərindən qovaraq orada necə yerləşmələrini də göstəriblər. İnfrastrukturu dağılan şəhərdə hələ də kommunikasiya bərpa olunmayıb, sakinlər qidalarını küçədə kustar üsul ilə hazırlayırlar.

Qeyd edək ki, Buça Kiyev vilayətinin turizm bölgələrindən biri kimi tanınıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri