14 
Apr
2022
01:19
895
35
5729
Virtual karabakh

Ukrayna ordusu “Moskva” kreyserini vurdu

14 Apr, 2022
01:19
5729

Ukrayna ordusu “Moskva” kreyserini vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Rusiya hərbi donanmasına məxsus “Moskva” kreyseri sıradan çıxarılıb. 

Son məlumata görə, göyərtəsində 510 ekipaj üzvü olan “Moskva” kreyserini güclü alov bürüyüb.

Məlumatı Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç verib.

Öz növbəsində Odessa vilayət administrasiyasının rəhbəri Maksim Marçenko da “Moskva” kreyserinin vurulduğunu təsdiq edib.

O, həmçinin əlavə edib ki, Zmeyinı adasında sözügedən kreyserdən ukraynalı hərbçilərə təslim olmaq barədə ultimatum verilmişdi.

Mənbə: Segodnya

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri