14 
Apr
2022
17:24
271
19
3092
Virtual karabakh

Erməni deputat Qarabağın Azərbaycanın daxilində gələcəyinin olmaması fikri ilə razılaşmır

14 Apr, 2022
17:24
3092

Erməni deputat Qarabağın Azərbaycanın daxilində gələcəyinin olmaması fikri ilə razılaşmır

Hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Vigen Xaçatryan bu gün parlamentdə rezonans doğuran bəyanatla çıxış edib.

“Hələ 1996-cı ildə prezident Levon Ter-Petrosyan belə bir fikir irəli sürmüşdü ki, bir xalqın zorla digər xalqa tabe edilməsi bizim üçün qəbuledilməzdir. Faktiki olaraq belə bir fikir irəli sürülmüşdü ki, Qarabağın Azərbaycanın daxilində bir tərkib hissəsi kimi gələcəyi yoxdur. İllər keçib və məncə, bu gün deyə bilərik ki, bu fikir səhv idi”, – deyə Xaçatryan parlamentin kürsüsündən bildirib.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bəyan edib ki, beynəlxalq ictimaiyyət Ermənistanı Qarabağın statusu ilə bağlı gözləntilərini azaltmağa çağırır, əks halda Ermənistan tərəfinə yardım göstərmələri mümkün olmayacaq.

Bu açıqlama geniş rezonans doğurub. Qeyri-hökumət təşkilatlarının nümayəndələri Paşinyanın bəyanatı ilə bağlı separatçıların lideri Arayik Arutyunyana qəzəblərini bildiriblər. Ermənistanın üçüncü prezidenti Serjik Sarqsyan Paşinyanı yalan danışmaqda ittiham edərək bildirib ki, o, bütün fəaliyyəti dövrü ərzində heç vaxt bu problemin mərhələli həlli ilə bağlı danışıqlar aparmayıb.

Mənbə: newsarmenia

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri