15 
Apr
2022
15:44
231
24
1336
Virtual karabakh

Amerikalı konqresmenlər Kiyevə səfər etdilər - FOTO

15 Apr, 2022
15:44
1336

Amerikalı konqresmenlər Kiyevə səfər etdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinin respublikaçı senatoru Stiv Deyns və Nümayəndələr Palatasının üzvü Viktoriya Sparts Kiyevə, həmçinin Ukrayna paytaxtının ətrafındakı bölgələrə səfər ediblər.

Onlar fevralın 24-də Rusiyanın genişmiqyaslı hərbi əməliyyatları başlamasından bu yana Ukraynaya səfər edən ilk ABŞ rəsmiləri olublar.

“Əslində burada olmağı, olanları öz gözlərinizlə görməyi, müharibədən əziyyət çəkən insanlar və liderlərlə vaxt keçirməyi heç nə əvəz edə bilməz. Ümid edirəm ki, səfərimiz daha çox ABŞ rəsmisini və liderlərini gəlib Ukrayna xalqını dəstəkləməyə təşviq edəcək”, - deyə S.Deyns bildirib.

Qeyd olunur ki, S.Deyns və V.Sparts Ukrayna hakimiyyəti tərəfindən dəvət olunub. Amerikalı parlamentarilər Kiyevdən əlavə Buça və Borodyankaya da səfər ediblər.

Mənbə: The New York Times

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri