16 
Apr
2022
09:48
315
18
2348
Virtual karabakh

Jerar Depardye Rusiya vətəndaşlığından məhrum edilə bilər

16 Apr, 2022
09:48
2348

Jerar Depardye Rusiya vətəndaşlığından məhrum edilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransız aktyor Jerar Depardyenin Ukraynadakı müharibəni tənqid etdiyinə görə Rusiya vətəndaşlığından məhrum edilməsi təklifi ilə “Ədalətli Rusiya - Həqiqət naminə” təşkilatının sədri Sergey Mironov çıxış edib.

Siyasətçinin sözlərinə görə, sənətçi öz açıqlamaları ilə Rusiyaya qarşı mövqeyini ortaya qoyur. O əlavə edib ki, ölkədə təxribatçı fəaliyyətlə məşğul olan hər kəsə qarşı da eyni tədbirlər görülməlidir.

Mironov həmçinin bildirib ki, Depardye gəlirinin 56 faizini Fransada ödəmək istəmədiyi üçün Rusiya vətəndaşı olmaq qərarına gəlib. “13 faiz gəlir vergisindən yayınmaq üçün Rusiya vətəndaşlığını almaq... Belə insanlar vətəndaşlıqdan məhrum edilməlidir” - deyə o, fikrini yekunlaşdırıb.

2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edən Jerar Depardye Rusiyanın müharibə əməliyyatlarını tənqid edib. Kreml aktyorun Ukraynada baş verənlərin mahiyyətini tam dərk etmədiyinə əminliyini ifadə edib və Depardyeyə baş verənlərin səbəblərini izah etməyi təklif edib.

Daha sonra Çeçen Gəncləri İttifaqının rəhbəri Rüstəm Tapayev Depardyeyə dediklərinə görə üzr istəməyi, eyni zamanda sırf öz səlahiyyətləri çərçivəsində danışmağa davam etməyi tövsiyə edib.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri