16 
Apr
2022
17:36
17
461
2535
Virtual karabakh

Rusiyanın hücumunda qızını gözləri önündə itirən ana danışdı - VİDEO

16 Apr, 2022
17:36
2535

Rusiyanın hücumunda qızını gözləri önündə itirən ana danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Viktoriya Kovalenkonun 12 yaşlı qızı Veronika və ögey atası Petro Çerniqov şəhərindən qaçarkən Rusiya Ordusunun hücumunun 9-cu günü atdığı mərmi nəticəsində həlak olub. 

Viktoriya onların Rusiya nəzarət-buraxılış məntəqəsinə yaxınlaşdığı zaman partlayış səsi eşitdiyi anı xatırlayır. Onun sözlərinə görə, avtomobilin şüşələri sınıb və o, qızı Veronika ilə xəsarət alıb: 

“Veronika qanın axdığını görəndə qorxdu və ağlamağa başladı. Mən onu sakitləşdirməyə çalışdım, sonra həyat yoldaşım qışqırdı ki, maşından düşüm. Sağ qapını açmadım, arxasınca getdim, amma o, artıq maşının yanında uzanmışdı, başı yox idi. Boynundan qanın necə axdığını, hər şeyi aydın gördüm”. 

Həm Petro, həm də Veronika yaxınlıqdakı meşədə basdırılıb. Viktoriya və kiçik qızı Varvara həmin yerdən qaçmağı bacarsalar da, sonra rusiyalı hərbçiləri tərəfindən Yahidnedəki məktəbin zirzəmisinə aparılıblar. 

Xatırladaq ki, Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyat 52 gündür davam edir. Müharibə nəticəsində hər iki tərəfdən itkilərin sayı durmadan artır. Məlumat üçün bildirək ki, hərbi əməliyyat nəticəsində Ukraynada 198 uşaq ölüb, 548 azyaşlı isə yaralanıb.

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri