19 
Apr
2022
23:10
59
220
2144
yuxarı
Təhlükəsizlik qüvvələri Ukrayna üçün döyüşməyə gedən rusiyalını saxlayıb
19 Apr, 2022
23:10
2144
59
220
Təhlükəsizlik qüvvələri Ukrayna üçün döyüşməyə gedən rusiyalını saxlayıb
Hüquq-mühafizə orqanları Belqorod vilayətində Ukrayna ərazisinə girərək beynəlxalq batalyona qoşulmaq niyyətində olan gəncin saxlanıldığını bildiriblər.
Məlumatda qeyd olunur ki, saxlanılan şəxs barəsində “Qanunsuz silahlı birləşmə təşkil etmə və ya orada iştirak etmə” maddəsi ilə cinayət işi başlanıb.
Dindirilmə zamanı gənc Salexard şəhərindən olduğunu, Ukraynada Rusiyaya qarşı döyüşən könüllülərə qoşulmaq üçün buraya gəldiyini bildirib. O, bunu maddi vəziyyətinin ağır olması, buna görə də pul qazanmaq və qazandığı pulun bir hissəsini də Ukraynanın infrastrukturunu bərpa etmək üçün bağışlamaq istəməsi ilə izah edib.
Hüquq-mühafizə orqanları qeyd edib ki, gənc Rusiya-Ukrayna sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.
Mənbə: mk.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək