20 
Apr
2022
14:16
405
32
1127
Virtual karabakh

Norveç Ukraynaya 100 “Mistral” zenit-raket kompleksi göndərib

20 Apr, 2022
14:16
1127

Norveç Ukraynaya 100 “Mistral” zenit-raket kompleksi göndərib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciətinə cavab olaraq Norveç Kiyevə 100 ədəd “Mistral” zenit-raket kompleksi (ZRK) göndərib. Bu barədə Skandinaviya ölkəsinin Müdafiə Nazirliyindən məlumat verilib.

Ukrayna lideri həmçinin Norveçdən NASAMS daşınabilən zenit-raket kompleksləri və “Harpun” gəmi əleyhinə raketlər istəyib. Bundan əlavə, o, Ukrayna hərbçilərinin artilleriya sistemlərinə və zirehli texnikanın məhv edilməsi vasitələrinə ehtiyacı olduğunu bildirib.

Sonra o, ABŞ-a müraciət edərək “Sadəcə bizə raketlər verin” ifadəsini işlədib. Zelenski etiraf edib ki, Amerika hakimiyyəti Ukraynaya “F-18” və ya “F-19”ları göndərə bilməz, ona görə də sadəcə olaraq “köhnə sovet təyyarələri”nin verilməyini istəyib. ABŞ Prezidenti Co Bayden isə söz verib ki, Vaşinqton Kiyevi silah və qoruyucu vasitələrlə təmin etməyə davam edəcək.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri