20 
Apr
2022
13:22
399
38
2118
Virtual karabakh

Pentaqonun sözçüsü: “Ukraynaya döyüş təyyarələri verilib”

20 Apr, 2022
13:22
2118

Pentaqonun sözçüsü: “Ukraynaya döyüş təyyarələri verilib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna hava qüvvələrini gücləndirmək üçün tərəfdaşlarından hərbi təyyarələr alıb. Bu barədə Pentaqonun sözçüsü Con Kirbi brifinqdə bildirib.

“Başqa ölkələrin tam olaraq nə təmin etdiyinin təfərrüatlarına varmadan deyərdim ki, Ukrayna öz aviasiya donanmasının həcmini, təyyarə parkının ölçüsünü artırmaq imkanı əldə etmək üçün əlavə təyyarələr və hissələri alıb”, - deyə Kirbi bildirib.

Kirbi əlavə edib ki, Vaşinqton Ukraynaya təyyarələr verməyib.

Bundan əlavə, ABŞ-ın Kiyevə ağır silahlar, o cümlədən 11 Mi-17 helikopteri, 18 ədəd 155 mm-lik “Howitzer” topları və daha 300 “Switchblade” dronları ötürməsi ilə bağlı xəbərlər təsdiqlənib.

Ukrayna Silahlı Qüvvələri yeni təyyarələrin verilməsini təkzib edib. 

“Biz yalnız aviaparkı təmir-bərpa etmək üçün ehtiyat hissələri almışıq”, - Ukrayna HHQ-nin mətbuat xidməti bəyan edib.

Mənbə: ZN,UA

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri