21 
Apr
2022
06:49
389
30
9997
Virtual karabakh

Vaxtanq Kikabidze Putinin gələcək taleyilə bağlı proqnoz verdi

21 Apr, 2022
06:49
9997

Vaxtanq Kikabidze Putinin gələcək taleyilə bağlı proqnoz verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcü aktyoru, rejissoru və müğənnisi Vaxtanq Kikabidze Ukraynanı qətiyyətlə dəstəkləyən, Rusiyanın bu ölkəyə təcavüzünü pisləyən sənətçilərdəndir.

O, yeni müsahibəsində Rusiya prezidenti Vladimir Putinin gələcək taleyilə bağlı proqnoz verib.

Kikabidzenin fikrincə, dövlət başçısı ya yaxın ətrafı tərəfindən devriləcək, ya da Ukraynada törətdiyi cinayətlərə görə onu Tanrı cəzalandıracaq.

“Biz hamımız xristianıq. Əgər O (tanrı – red.), həqiqətən də mövcuddursa, hər şeyi görür. Tarix ağ-qara yazılıb. Ona görə də bütün pis işlər cəzalandırılır. Tarix artıq bunu sübut edib. Mən buna əminəm. Onun geri qayıtması çox çətin olacaq”, - deyə aktyor bildirib.

Kikabidze əmindir ki, Putinin səhhətində mütləq problemlər var. Çünki heç bir sağlam şəxs yaxın qonşuya - müstəqil və suveren dövlətə qarşı belə vəhşiliklərə icazə verə bilməz.

Mənbə: segodnya.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri