22 
Apr
2022
12:24
196
30
2748
Virtual karabakh

Rusiyada pilotlara GPS-in sönməsinə hazır olmaq tövsiyə edilib

22 Apr, 2022
12:24
2748

Rusiyada pilotlara GPS-in sönməsinə hazır olmaq tövsiyə edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rosaviasiya” (RF Hava Nəqliyyatı Agentliyi) aviaşirkətlərə GPS sisteminin mümkün bağlanmasına hazırlaşmağı tövsiyə edib.

Bu barədə “İzvestiya” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, “Rosaviasiya” rəisinin müavini Dmitri Yadrov Dövlət Hava Hərəkətinin İdarə Edilməsi Korporasiyasının baş direktoru İqor Moiseyenkoya, eləcə də agentliyin regionlararası ərazi idarələrinin rəhbərlərinə tövsiyə məktubu göndərib.

Məktubda qeyd edilib ki, uçuşun planlaşdırılması mərhələsində ekipajlar peyk siqnalı olmadan uçuş və eniş fəaliyyətlərini ənənəvi naviqasiya vasitələrindən istifadə edərək həyata keçirməyə hazır olmalıdırlar.

Öz növbəsində, pilotlara nasazlıqlar, GPS və ya əlaqəli avionik rabitələrin pisləşməsi barədə hava nəqliyyatı dispetçerlərinə məlumat verməlidirlər.

Bundan əvvəl “Roskosmos”un rəhbəri Dmitri Roqozin bildirmişdi ki, Vaşinqton Rusiyanı GPS naviqasiya sistemindən ayırmaq imkanını nəzərdən keçirir. Eyni zamanda o, əlavə edib ki, bununla bağlı narahat olmağa dəyməz, çünki hər bir smartfon Rusiyanın QLONASS sisteminə qoşulub və bu sistem işləməyə davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri