28 
Apr
2022
18:18
346
23
1821
Virtual karabakh

Təbrizdə tələbələr etiraza qalxdılar - VİDEO

28 Apr, 2022
18:18
1821

Təbrizdə tələbələr etiraza qalxdılar - VİDEO

Təbriz Tibb Universitetinin tələbələri aprelin 27-də hicaba nəzarət qüvvələrinin yaradılmasına, həmçinin hökumətə bağlı “Bəsic” güclərinin tələbələrə təzyiq və müdaxilə etməsinə etiraz olaraq mitinq təşkil ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Narazı tələbələr universitetin mühafizəçilərinə və “Bəsic” qüvvələrinə: “Mühafizəçilər, qorxun, biz birik!” - deyə şüarlar səsləndiriblər.

Məlumata görə, dünən səhər saatlarında universitetin mühafizəçiləri qızlar yataqxanasında hicaba nəzarət qüvvələri yaradıblar. Onlar universitetin tələbələrinə təzyiq göstərib, qızlara qarşı nalayiq davranışlar sərgiləyib  və onları təhqir ediblər.

Bundan sonra tələbələr etiraz aksiyasına başlayıblar.

Xatırladaq ki, ötən bazar günü Tehranda Elm və Texnologiya Universitetinin tələbələri də universitetdə hicaba nəzarət-patrul qüvvələrinin təzyiqlərinə etiraz olaraq aksiya keçirmişdilər.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri