29 
Apr
2022
22:48
49
448
6009
Virtual karabakh

Pekində bütün məktəblər bağlanır

29 Apr, 2022
22:48
6009

Pekində bütün məktəblər bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin paytaxtı Pekində COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar əlverişsiz epidemioloji vəziyyətə görə bütün məktəbləri bağlamaq qərarına gəliblər.

Qərara əsasən, cümə günündən etibarən şəhərin bütün məktəbləri fəaliyyətini dayandıracaq. Eyni zamanda, Pekin hökuməti təhsil müəssisələrinin nə vaxt açılacağını dəqiqləşdirməyib. Məktəblilərin distant təhsil imkanının olub-olmayacağı və imtahana hazırlaşanların dərslərə qayıdıb-qayıtmayacağı hələlik bəlli deyil.

Son bir həftə ərzində Pekində ​​COVID-19-a 150 yoluxma hadisəsi aşkar edilib, onlardan 50-si cümə axşamı qeydə alınıb. Məktəblərdə və uşaq bağçalarında 30-dan çox yoluxma aşkarlanıb.

Mənbə: Sky News

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri