May
2022
02:55
22
169
1939
Virtual karabakh

Rusiyada ölkədən gedən İT mütəxəssisləri ilə əlaqə saxlamağa çalışırlar

1 May, 2022
02:55
1939

Rusiyada ölkədən gedən İT mütəxəssisləri ilə əlaqə saxlamağa çalışırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya İqtisadiyyat Məktəbinin (RİM) rektoru Ruben Enikolopov Rusiyanı tərk etmiş və geri qayıtmağı planlaşdırmayan İT mütəxəssisləri ilə əlaqə saxlamağa çağırıb.

Onun sözlərinə görə, hazırda bir çox İT mütəxəssisi Rusiyanı tərk edib və kimin müvəqqəti, kimin daimi olduğu hələki bəlli deyil. "Və hətta gedənlərin bir çoxu Rusiya ilə işgüzar əlaqələr saxlayır və təbii ki, biz bu əlaqələri mümkün qədər qorumağa çalışmalıyıq" – deyə Enikolopov qeyd edib.

O, mütəxəssislərinin böyük hissəsinin uzunmüddətli getdiyini ehtimal etdiyini deyib. “Və onlar  qalanlarla gedənlər arasında bağlayıcı keçid ola bilər. Onlar vasitəsilə inkişaf proseslərini davam etdirmək mümkün ola bilər” – deyə o əlavə edib.

Eyni zamanda bildirilib ki, hazırda Rusiya hökumətindən düzgün siqnallar gəlir, “gedənlərə geri qayıtmaları üçün rahat şərait yaradılmalı, geri qayıtmasalar - iş münasibətlərinin davam etdirilməsi üçün şərait yaradılmalıdır”.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri