May
2022
19:36
87
496
4832
Virtual karabakh

Kadırov özünü biabır etdi: Tutulduğu bəyan edilən kənd cəbhə xəttindən 100 km aralıdadır - FOTO/VİDEO

5 May, 2022
19:36
4832

Kadırov özünü biabır etdi: Tutulduğu bəyan edilən kənd cəbhə xəttindən 100 km aralıdadır - FOTO/VİDEO

Çeçenistan lideri Ramzan Kadırov Ukraynadakı qoşunlarının “qələbələrindən” danışaraq, növbəti dəfə özünü “Tik-Tok”da biabır edib. Bu dəfə o, Luqansk vilayətinin Svetliçnoye kəndinin tutulduğunu bəyan edib. Məsələ burasındadır ki, bu yaşayış məntəqəsi 8 ildir əvvəl separatçılar tərəfindən tutulub.

Çeçenlərin “qələbəsi” haqqında mesaj Kadırovun “Telegram” hesabında yer alıb:

“Svetliçnoye qəsəbəsi tamamilə azad edilib. Əziz qardaşımız general-mayor Şarip Delimxanovun rəhbərliyi ilə çeçen döyüşçülərinin koordinasiyalı hərəkətləri sayəsində quldurların azğınlaşdığı daha bir ərazini mütləq nəzarətə götürmək mümkün olub”.

O, “təmizləmə əməliyyatı”nın aparıldığını, daha sonra isə “humanitar tədbirlər” görüləcəyini bildirib.

2014-cü ildən Svetliçnoye kəndi “LXR” yaraqlıları tərəfindən işğal olunub. Yeri gəlmişkən, Svetliçnoye real döyüş yerlərindən 100 km-dən çox məsafədə yerləşir.

 
 

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri