May
2022
23:33
463
42
1178
Virtual karabakh

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

5 May, 2022
23:33
1178

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.

Bunu cümə axşamı, mayın 5-də baş nazir Fumio Kişida Londonda Böyük Britaniyanın baş naziri Boris Conson ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Kişidanın sözlərinə görə, yeni məhdudiyyətlər paketi dörd əsas sahədən ibarətdir.

Tədbirlər siyahısına 140 fiziki şəxsin aktivlərinin dondurulması da daxildir.

Bundan əlavə, Yaponiya sanksiya məhdudiyyətlərinə məruz qalacaq Rusiya banklarının siyahısını genişləndirib.

Eləcə də Rusiyaya qabaqcıl texnologiyaların idxalına, xüsusən də kvant kompüterlərinin tədarükünə qadağa qoyub. Həmçinin, Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli şirkətlərə lazımi məhsulların tədarükünə qoyulan qadağa genişləndirilib.

Xatırladaq ki, dünən Rusiya Yaponiyanın 63 vətəndaşının, o cümlədən də Kişidanın ölkəyə girişinə qadağa qoyub.

Mənbə: iz.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri