May
2022
17:48
33
281
1310
Virtual karabakh

İran ölkələrə təzyiq etmək üçün xarici vətəndaşları girov götürür?

6 May, 2022
17:48
1310

İran ölkələrə təzyiq etmək üçün xarici vətəndaşları girov götürür?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrana səyahət edən İsveç vətəndaşını vətəninə qayıtmağa qoymayıblar.

Bu, ölkələrə təzyiq etmək üçün xarici vətəndaşların girov götürülməsi ilə bağlı İranda növbəti hadisədir.

Turist olmasından başqa, İranla heç bir əlaqəsi olmayan 30 yaşlı şəxs ölkəni tərk etmək istədiyi zaman həbs olunub.

İsveç Xarici İşlər Nazirliyi bir İsveç vətəndaşının hazırda İran nəzarətində olduğunu təsdiqləyib, lakin əlavə məlumat və ya şərh təqdim etməyib. İran rəsmiləri hələlik məsələyə münasibət bildirməyiblər.

İsveçin Tehrandakı səfirliyi İran hakimiyyəti ilə əlaqə saxlayaraq hadisəni nəzarətə götürüb.

İsveçin “Aftonbladet” qəzetinə “məlumatlı mənbə” bildirib ki, həbs İsveçdə mühakimə olunan keçmiş İran prokuroru Həmid Nurinin işi ilə bağlıdır. İsveç prokurorları Nuriyə 1988-ci ildə İranda həbsxanaların təmizlənməsi zamanı insanlıq əleyhinə cinayət törətdiyinə görə ömürlük həbs cəzası istəyiblər.

Mənbə həmçinin bildirib ki, İran müxtəlif kanallar vasitəsilə Nurinin azad edilməsini tələb edib, lakin İsveç hökuməti məhkəmələrinin hökumətdən müstəqil fəaliyyət göstərdiyini və onların qərarlarına müdaxilə edə bilməyəcəyini açıq şəkildə bəyan edib.

Mənbə: Iran International

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri