May
2022
20:53
29
324
2161
Virtual karabakh

Kubada hoteldəki partlayış nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB + FOTO

7 May, 2022
20:53
2161

Kubada hoteldəki partlayış nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Havanadakı hoteldə partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Qırmızı Xaç Cəmiyyətindən xəbər verilib. Bildirilib ki, son məlumatlara görə, artıq insident qurbanlarının sayı 32-yə yüksəlib.

Həmçinin, 19 nəfərin itkin düşdüyü bildirilib.

Mənbə: “RİA Novosi”

10:17

Kuba paytaxtında tarixi “Saratoqa” hotelində baş vermiş partlayışda 22 nəfər həyatını itirib, ən azı 64 nəfər yaralanıb. Yaralılardan 14-ü azyaşlıdır.

Bu barədə Kuba Prezident Ofisi məlumat yayıb.

Qeyd olunur ki, ölənlərdən biri uşaq, biri isə hamilə qadın olub.

Xəsarət alanların partlayış anında hotelin yaxınlığında olduqları bildirilir, çünki COVID-19 pandemiyası səbəbindən hotel iki il müddətinə bağlı olub.

Partlayışın məişət qazının sızması nəticəsində meydana gəldiyi qeyd olunur. Altımərtəbəli hotelin yaxınlığındakı 17 bina, eləcə də ətrafdakı minik avtomobilləri və avtobuslar zərər görüb. Hotelin yerləşdiyi küçədə adam boyu dağıntılar qalaqlanıb. Xilasedicilər axtarışları davam etdirirlər. Hökumət hotelin tamamilə uçmaq təhlükəsi barədə xəbərdarlıq edib.

Öncə terakt ehtimalı səslənsə də, sonradan hadisə yerinə gələn Kuba Prezidenti Migel Dias-Kanel bu versiyanı inkar edib və bunun bədbəxt hadisə olduğunu vurğulayıb.

Qeyd edək ki, 1880-ci ildə neoklassika üslubunda tikilmiş “Saratoqa” hoteli 1990-cı illərdə bərpa edilib və beşulduzlu turizm mərkəzi kimi fəaliyyət göstərib.

Mənbə: El Pais

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri