11 
May
2022
18:24
469
31
1586
Virtual karabakh

ABŞ-dan 40 milyardın Ukraynaya verilməsinə ilk razılıq gəldi

11 May, 2022
18:24
1586

ABŞ-dan 40 milyardın Ukraynaya verilməsinə ilk razılıq gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə axşamı Ukraynaya 40 milyard dollara yaxın məbləğdə əlavə yardımın ayrılması haqqında qanun layihəsini təsdiqləyib. İclas ABŞ qanunverici orqanının aşağı palatasının saytında canlı olaraq yayımlanıb.

368 konqresmen təşəbbüsün lehinə, 57-si əleyhinə səs verib. İndi qanun layihəsi baxılmaq üçün Konqresin Senatına göndəriləcək. Senatda demokratik çoxluğun lideri Çak Şumer (Nyu-York ştatından) əvvəllər bu təşəbbüslə bağlı səsverməni mümkün qədər tez təşkil edəcəyinə söz vermişdi. Yuxarı palata tərəfindən təsdiq olunarsa, qanun layihəsi imza üçün ABŞ Prezidenti Co Baydenə göndəriləcək.

Sənəd Kiyevə hərbi, iqtisadi və humanitar yardım üçün vəsaitin ayrılmasını ehtiva edir. Xüsusilə altı milyard dollar silahların tədarükü və təhlükəsizlik sahəsində yardım üçün, 8,7 milyard dollar iqtisadi yardım və Ukraynada ictimai xidmətlərin işini maliyyələşdirmək məqsədilə, beş milyard dollar Ukrayna və dünyanın digər ölkələrinə ərzaq yardımı, 900 milyon dollar ukraynalı qaçqınlara dəstək üçün nəzərdə tutulub. Bundan əlavə, Avropadakı ABŞ qoşunlarının gücləndirilməsinə 3,9 milyard dollar ayrılacaq.

Ağ Ev Nümayəndələr Palatasının bu təşəbbüsünü alqışlayıb.

“Bu qanun layihəsinə daxil edilən əlavə resurslar bizə Ukraynaya artilleriya və zirehli texnika kimi daha çox silah, eləcə də döyüş sursatları göndərməyə imkan verəcək. Bu həmçinin bizə cəbbəxanalarımızı doldurmağa və NATO ərazisində [alyansın digər ölkələrində] ABŞ qoşunlarına dəstək verməyə kömək edəcək”, – deyə Amerika Prezidentinin mətbuat katibi Cen Psakinin geniş yayılmış bəyanatında qeyd edilir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri